Siyasət

Nazir müavini: "Dövlət qulluğu haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb"

25 Yanvar 2019 13:06

"Dövlət qulluği haqqında qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac yaranıb. Buna uyğun olaraq yeni yanaşma müəyyən edilib". “Olaylar”ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Mətin Kərimli Tvinninq layihəsinin bağlanış mərasimində çıxışında deyib. Nazir müavini həmin yanaşmaları sadalayıb: "Birincisi özəl sektorla müqayisə oluna biləcək səviyyədə məvacibin müəyyən edilməsidir. İkincisi, sosial ədalət prinsipi əsasında bərabər əməyə görə bərabər haqqın verilməsidir. Üçüncüsü, dövlət qulluqçularının əməyinin ödənişi sistemində mövcud olan ödəniş səviyyələrinin sayının optimallaşdırılmasıdır ki, bu say 400-ə yaxındır və bunun optimallaşdırma nəzərdə tutulur. Dördüncüsü, dövlət qulluqçularının eyni təsnifat çərçivəsində vəzifə yüksəlişində maddi motivasiyanın artırılmasıdır. Beşincisi, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinin, onların məvacib artımında nəzər alınmasıdır".

Tbilisi ilə Bakı arasında münasibətləri gərginləşdirmək cəhdi

25 Yanvar 2019 13:02

Və ya erməni terrorçunun adının əbədiləşdirilməsində kimlər maraqlıdır? Zaman-zaman regionun iki strateji müttəfiqi olan Azərbaycanla Gürcüstan arasında problem, ziddiyyət yaratmağa cəhdlər göstərilib, Bakı ilə Tbilisinin münasibətlərinin psləşməsinə çalışılıb. Düzdür, ortada olan siyasi iradə və qarşılıqlı anlaşma şəraitində hər iki tərəf planlı şəkildə ortaya atılmış bu oyunları neytarllaşdırmağa nail olsa da, lakin məkirli qüvvələrin özfəaliyyəti hələ də davam edir. Elə bu günlərdə Gürcüstanın Axalkalaki rayonunda erməni terrorçunun şərəfinə büstün ucaldılması da bunun əyani sübutudur. Hanıs ki. həmin erməni terrorçu Azərbaycana qarşı təcavüzdə yaxından iştirak edib.

Ölkədə düşünülmüş iqtisadi siyasət aparılır

25 Yanvar 2019 12:57

Ziyad Səmədzadə: “Zaman Azərbaycanın sənaye siyasətinin bir daha düzgün, gələcəyə hədəflənmiş olduğunu təsdiq etdi”

Dövlət Komitəsində kollegiya iclası keçirilib

25 Yanvar 2019 12:54

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib. “OLAYLAR” Dövlət Komitəsinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin məcburi köçkünlərlə bağlı siyasətinin uğurlu nəticəsi kimi indiyədək 102 yeni qəsəbənin salındığını, bu kateqoriyadan olan üç yüz minədək vətəndaşın mənzil şəraitinin əsaslı şəkildə yaxşılaşdırıldığını qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev 2019-cu ildə də həmin məsələlərin həlli üçün büdcədən böyük vəsait ayrıldığını diqqətə çatdırıb, ayrılan vəsaitdən səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, dövlətimizin başçısı məcburi köçkünlərlə iş sahəsində vəziyyəti daim nəzarətdə saxlayır və bu işdə hər hansı yanlış və neqativ yanaşmanın təkrarlanmasına yol verilməyəcək.

Prezident sərəncam imzaladı - Tofiq Tağızadənin 100 illiyinin keçirilsin

25 Yanvar 2019 12:35

Azərbaycan Prezidenti İlham Əliyev görkəmli kino rejissoru, Xalq artisti Tofiq Tağızadənin 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Atəşkəs rejimi 21 dəfə pozulub

25 Yanvar 2019 11:55

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.

Yunus Oğuz: “Bəzi Azərbaycan müxalifəti Paşinyana “nəfəslik” açmaq istəyir”

25 Yanvar 2019 11:48

“Son vaxtlar Azərbaycan müxalifətinin fəallaşması dünyada gedən proseslərdə də özünü göstərir”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən yazıçı-publisist Yunus Oğuz deyib ki, müxalifətn radikal qanadının indiki situasiyada fəallaşması təsadüfi deyil: “Hərdən düşünürsən ki, radikal müxalifət düşərgəsi niyə məhz indi fəallaşıb. Nə üçün prezident seçkilərində bu qədər fəallaşmadı, ancaq indi aktivləşib?.