"Danışıqlar müharibədən yayınmaq üçün bir vasitədir" - Hovhannisyan

"Qarabağ münaqişəsinin həlli çərçivəsində xalqların sülhə hazırlanması məsələsinin qaldırılması halı ilk dəfə deyil. Danışıqlar müharibədən yayınmaq üçün bir vasitədir". 

Bu barədə jurnalistlərlə görüşü zamanı azərbaycanşünas Taron Hovhannisyan bildirib.

Xarici İşlər nazirlərinin görüşlərinə toxunan ekspert qeyd edib ki, bu görüşlər vəziyyətdən asılı olaraq həyata keçirilir. Görüşlərin məqsədi ATƏT-in Minsk Qrupunun iştirakı ilə qızğın danışıqlar prosesinin necə olacağının müəyyən edilməsinə ünvanlanıb. 

"Bu çərçivədə hər hansı proses başlamayınca, Azərbaycan çətin ki, hərbi əməliyyatlara əl atsın", - deyə o Paşinyan hakimiyyətinin narahatlıqlarını gizlətməyə çalışıb. 

Hovhannisyan, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətinin aktivləşdiyinin hiss edildiyini vurğulayıb.
 

ordu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31