Millət vəkilləri BMT-nin parlament dinləmələrinə qatılacaqlar
19 Fevral 2019 12:11 SiyasətMilli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatında "Multilateralizmə qarşı problemlərə parlamentlərin cavabı" mövzusunda parlament dinləmələrində iştirak etmək üçün ABŞ-ın Nyu York şəhərinə səfərə gediblər. Milli Məclisdən "Olaylar"a verilən xəbərə görə, toplantıda beynəlxalq birliyin və milli hökumətlərin iqlim dəyişikliyi, məcburi köçkünlərin və qaçqınların dayanıqlı inkişafı kimi qlobal problemlərlə mübarizəsi, gender bərabərliyi, münaqişələrin həlli yolları və sülhün dəstəklənməsi, habelə BMT-nin maliyyələşdirilməsi, təşkilatın Baş Assambleyasının fəalliğının artırılması və digər məsələlər müzakirə olunacaq. Səfər fevralın 25-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31