Siyasət

Deputat: “Kütləvi informasiya vasitələri haqqında” qanuna yeniliklər edilməlidir”

1 Fevral 2019 17:43

“Kütləvi informasiya vasitələri haqqında” qanuna yeniliklər edilməlidir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib. S.Novruzov qeyd edib ki, bəzi KİV-lərdə artıq bütün etik qaydaları, milli adət-ənənələri pozurlar. Deputat vurğulayıb ki, bunların qarşısını almaq üçün yeganə yol qanunvericilikdir:

Vüqar Rəhimzadə: Müxalifət “lidercikləri” bir daha yaramaz olduqlarını təsdiq etdilər

1 Fevral 2019 16:14

“Bu gün adı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının hesbatlarında çəkilən, digər ölkələrə nümunə kimi göstərilən Azərbaycan yeni inkişaf dövrünü yaşayır. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə yeni islahatlar həyata keçirilir, ölkəmizin iqtisadi gücü, siyasi nüfuzu daha da artır, bölgələr simasını dəyişir. Dəyişməyən isə illərdir bu xalqa, dövlətə müxalif olan, xarici anti-Azərbaycan ünsürlərin təsiri altında ölkəmizə qarşı hər zaman qərəzli, radikal mövqedə olan bir qrup “siyasətbazdır”. İllərdir böyük kütləni ətraflarında birləşdirdiklərini iddia edən dağıdıcıların 19 yanvar mitinqi onların nə qədər rəzil, aciz durumda olduqlarını bir daha nümayiş etdirdi”. Bu fikirləri Olaylar.az -a  açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.