Iran yenə işğalçının yanında yer aldı- Təhlil
28 Fevral 2019 14:01 SiyasətTehran dünyaya car çəkdiyi İslam həmrəyliyi prinsiplərinə qarşı çıxır
İran bir daha kimin yanında olduğunu açıq şəkildə büruzə verdi. İslam qardaşlığı, müsəlman həmrəyliyi prinsiplərindən aöız dolusu danışan cənub qonşumuz özü bu prinsiplərə zidd fəaliyyət ortaya qoyaraq işğalçılığı, terrorçuluğu dəstəklədiyini sərgilədi. Hər halda işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın İranda ən yüksək səviyyədə qəbul edilməsi belə deməyə əsas verir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər ki, İran bununla bir daha Azərbaycan ərazilərinin işğalına bəraət qazandırmış oldu. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İranın Ermənistana siyasi revanşları, əməkdaşlığını inkişaf etdirməsi regionda işğala və təhlükəsizliyin təhdidinə xidmət edir. Onun sözlərinə görə, ilk növbədə rəsmi Tehran Yerevanla əməkdaşlığı yüksək səviyyəyə qaldırırsa, Azərbaycan İrana qarşı Birləşmiş Ştatların sanksiyalarına dəstək verməli, İrana kredit ayrımasını dayandırmalıdır: "İran prezidentinin Azərbaycana ərazi iddiası irəli sürməsi və Nikol Paşinyanı qəbul etməsi, Tehranın Azərbaycana siyasi riyakarlığıdır. İran bununla düşünür ki, Azərbaycana hər hansı bir təzyiq edəcək. Amma, Tehranın bu siyasəti özünə qarşı çevriləcək".
Məhəmməd Əsədullazadə onu da deyib ki, İranın ali dini rəhbəri Xamneyinin Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etməsi, Qarabağla bağlı bir kəlmədə işlətməməsi, Azərbaycana qarşı işğalın stimullaşdırılmasına hesablanıb: "Ali dini rəhbərin işğalçı bir ölkənin baş nazirini qəbul etməsi ilk növbədə Qarabağın müsəlman icmasına hörmətsizliyidi. Bununla bir daha görünür ki, İran Qarabağ münaqişəsinin həllində maraqlı deyil.
İran rəsmilərinin Nikol Paşinyanı yüksək səviyyədə qəbul etməsi ilə Birləşmiş Ştatlara göstərmək istəyir ki, biz regionda təcrid olunmamışıq və onların hakmiyyətə gətirdiyi Nikol Paşinyanla əlaqələri yüksək səviyyəyə qaldırırıq. Ümumiyyətlə İranla Ermənistan arasında iqtisadi əlaqələrin, birgə layihələrin reallaşması mümkün deyil. Çünki, İrana qarşı iqtisadi sanksiyaların genişləndirilməsi, Ermənistanın müstəqil iqtisadiyyatı olmaması, maliyyə imkanlarının yetərsizliyi bu kimi layihələrin reallaşmasını sual altına alır. Sadəcə iki tərəf arasında yeinti sahəsində və qaz alışının istiqamətində inkişaf ola bilər. Ümumiyyətlə, hər iki ölkənin iqtisadi potensialı olmadığına görə yüksək səviyyədə iqtisadi əməkdaşlıq mümkün olmayacaq. İran yenidən Azərbaycana möhtac olacaq. Ölkəmizlə iqtisadi layihələri, birgə müəssisələri həyata keçirəcək". Politoloq deyib ki, İranla Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mümkündü: "İranın Ermənistanı silah və sursatla təmin etməsi danışıqlarda konfendensiallığını saxlaması barədə razılığın olması istisna deyil. Mütləq şəkildə bu araşdırılmalı, İrana rəsmi etiraz bildirilməlidir. Həmçinin Azərbaycan İranla əməkdaşlığına yenidən baxmalıdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda iki hədəfinə çatıb: ".Ermənistanın baş naziri Nikol Paşinyan çox arzuladığı İrana səfər edib. İran prezidenti Həsən Ruhani Nikol Paşinyanla görüşdə Ermənistana qaz tədarükünün artırılmasına etiraz etmədiklərini dilə gətirib. Ancaq bunu illərdir deyirlər, ortada nəticə yoxdur. Tehranda hansısa nəzəri regional layihələr barədə də danışıblar. Bunlar da xoş arzulardır. Ermənistanın pulu, sanskiyalardan əziyyət çəkən İranın isə başqa ölkəyə xərcləyəcək yatırımları yoxdur. Buna baxmayaraq, Nikol Paşinyan Tehranda iki arzusunu reallaşdıra bilib. Birincisi, o Həsən Ruhanidən başqa İranın azərbaycanlı dini lideri Əli Xamaneyi ilə görüşüb. Bu gözlənilən idi. İkincisi, Tehranda mövcud olan "Ararat" idman-sağlamlıq mərkəzində "Dağlıq Qarabağ Respublikasının bayrağı" altında İranda yaşayan erməni icmasının nümayəndələri ilə görüşüb, sevincək selfi də çəkdirib. Bir müddət sonra yenə Bakıya hansısa iranlı rəsmi və ya general gəlib deyəcək ki, "işğalı pisləyirik, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".
Süleyman