İsmayıl Berdiyev “Dostluq” ordeni ilə təltif edildi
28 Fevral 2019 11:50 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev İsmayıl Aliyeviç Berdiyevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Berdiyev İsmayıl Aliyeviç "Dostluq" ordeni ilə təltif edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31