DAK qurultaya hazırlaşır
28 Fevral 2019 13:24 SiyasətDAK-ın məlumat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, Dünya Azərbaycanlılar Konqresinin (DAK) idarə heyyətinin növbəti toplantısı keçirilib. DAK Bakı ofisində Sabir Rüstəmxanlının sədrliyi ilə keçirilən iclasda konqresin növbəti qurultayının keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. İdarə heyyəti yaxın aylarda DAK-ın növbəti qurultayının keçirilməsi ilə bağlı qərar qəbul edib.
İclasda qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsində Azərbaycan Avropa və Rusiyadan 7 nəfərdən ibarət yaradılan təşkilat komitəsinə qurultaya hazırlıqla bağlı göstərişlər verilib. DAK idarə heyyəti qurultayla bağlı qəbul etdiyi qərarda Avropadakı həmkarların təkliflərini də nəzərə almışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31