Siyasət

Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib

5 Mart 2019 10:16

Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva martın 4-də əməkdar artist Bəhram Bağırzadəni qəbul edib. Görüşdə martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə B.Bağırzadənin Bakıda görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması ilə bağlı irəli sürdüyü təklif müzakirə olunub.

Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı Sərəncam imzalayıb

5 Mart 2019 10:13

Martın 4-də Prezident İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.  Sərəncama əsasən, 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,8 milyon (bir milyon səkkiz yüz min) manat, o cümlədən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı və Azərbaycan Dövlət Kukla Teatrının hər birinə 200,0 (iki yüz) min manat, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı və Şuşa Dövlət Musiqili Dram Teatrının hər birinə 100,0 (yüz) min manat məbləğində vəsait ayrılıb.

Əbülfəz Qarayev səfirlərlə görüşdü

5 Mart 2019 10:06

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Səudiyyə Ərəbistanı Krallığı və Tailand Krallığının ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüşüb. Olaylar.az bildirir ki, Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit ilə keçirilmiş görüşdə iki ölkə arasında mədəniyyət sahəsində mövcud əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə edilmişdir. Səfir qeyd etmişdir ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino sahələrində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Bako Saakyan da Fəxrəddin Abbasov kimi Bakıya gətirilə bilər

4 Mart 2019 22:56

Ermənilər öz casuslarının müdafiəsinə qalxdılar