"Opinion Way" şirkətinin keçirdiyi sorğunun nəticələri əhalinin dövlətə dəstəyinin nümunəsidir - Şərh

Azərbaycan prezidenti daim öz xalqı ilə təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir

"Azərbaycan prezidenti daim öz xalqı ilə 

təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib: "Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də əhali arasında sevinclə qarşılanır. Bildiyimiz kimi, hal-hazırda məhkəmə və ədliyyə qurumlarında da islahatlar hazırlanır. Rüşvətxorluq, korrupsiya, sifarişlə hökm oxuma, süründürməçilik kimi qanunsuz halların baş verdiyi bu orqanlarda islahatların aparılması həqiqətən çox önəmli və sevindirici haldır. 

Ölkədə aparılan gənclər siyasəti, aktiv, isdedadlı və savadlı gənclərə dövlət və seçkili qurumlarda önəm verilməsi ölkəmiz və xalqımız üçün çox önəmlidir. "Opinion Way" -in keçirdiyi sorğuda cənab prezident İlham Əliyevin apardığı islahatların bu qədər yüksək qiymətləndirilməsi xalq-iqtidar birliyinin, əhalinin dövlətə necə dəstək olduğunun bir nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31