Ermənistanın yeni hökuməti tam mənada kartlarını ortaya qoyub

Ermənistanın yeni hökuməti tam mənada kartlarını ortaya qoyub, bağıra-bağıra deyir ki, biz Qarabağı vermirik

"Ermənistanın yeni hökuməti tam mənada kartlarını ortaya qoyub, bağıra-bağıra deyir ki, biz Qarabağı vermirik. Madrid prinsipləri , yaxud digər prinsipləri tanımırıq". "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev qeyd edib ki, bir ara onlar danışıqlardan da qaçırdılar: "Nəhayət bizim beynəlxalq təşkilatlara müraciətlərdən , Ermənistanın danışıqları pozmasını dialoqa gəlməməsi ilə bağlı etirazlarımızdan sonra "xala xətrin qalmasın" prinsipiylə görüntü xatirinə danışıqlara Paşinyan qatıldı. Xatırlayırsınızsa, Ermənistan rəhbərliyi bundan öncə Qarabağ məsələsi üçün Azərbaycanın Dağlıq Qarabağ erməniləriylə danışıqlar aparmalı olduğunu demiŞdi. Vyanada baş tutan görüşdən sonra Ermənistan nəinki sülhə doğru addım atdı, hətta Azərbaycanı hədələdi. Bütün bularla da, Ermənistanın yeni hökumətiNİN Qarabağla bağlı açıq oynadıqlarını, heç bir güzəşt prinsipini qəbul etmədiklərini göstərmiş olur". DAA prezidenti hesab edir ki, belə olan halda yalnız bir yol qalır: "Azərbaycan beynəlxalq hüququn prinsiplərindən çıxış edərək, beynəlxalq təşkilatlara açıq müraciətini etməlidir. Azərbaycan artıq işğal olunmuş ərazilərimizdə separatçıların təmizlənməsi əməliyyatının hazırlıqlarına başlamalıdır.  Bu arada Qarabağ qaçqınlarına yeni tikilmiş binalarının mənzillərinin açarlarının təqdim olunması mərazsimi nədənsə məni sevindirmədi. Çünki bu cür inşaatlar, proyektlər qaçqınlarımızı öz ana yurdlarından daha da uzaq salır, bu problemin həllinin daha uzun müddətə başa çatmayacağı narahatlığı yaradır".

“Qarabağ məsələsində Azərbaycanın mövqeyi güclənib”

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31