Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək
9 Aprel 2019 15:26 SiyasətQazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. "OLAYLAR" xəbər verir ki, bununla bağlı Nursultan Nazarbayev sərar verib. Qərara əsasən, seçkilər iyun ayında baş tutacaq.
Qazaxıstanda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələyə toxunan politoloq Elxan Şahinoğlu Nazarbayevin bu addımını strateji qərar kimi dəyərləndirib. O, bildirib ki, Qazaxıstanda prezident seçkisi bu ilin iyun ayında keçiriləcək: "Halbuki, seçki gələn il keçirilməli idi. Nazarbayev Azərbaycan prezidentinin ötənilki gedişini təkrarladı. Bununla Nazarbayev daxildən və xaricdən seçkiyə bu və ya digər dərəcədə təsir etməyi düşünən mərkəzlərin planlarını pozdu. Əgər buna qədər "Nazarbayev gələnilki prezident seçkisində kimə üstünlük verəcək" sualına müxtəlif cavablar var idisə, erkən seçkilərdə hakimiyyətin namizədinin dövlət başçısı vəzifəsini icra edən Kasım-Jomərt Tokayevin irəli sürüləcəyi ehtimalı yüksəldi".