Çin silahları Azərbaycan ordusunun – Arsenalında
9 Aprel 2019 17:50 Siyasət"Azərbaycan Çindən yeni hərbi sistemlər alıb".
Bunu hərbi ekspert Rəşad Süleymanov deyib.
Ekspert Ermənistanın da Çindən silah-sursat almaq cəhdlərinə diqqət çəkib:
"Yaxın vaxtlarda ordumuzda Çində istehsal edilən bir neçə innovasiyalı sistemləri görəcəyik. Ermənistan Çinə, Hindistana çox üz tutdu. "Drakon" - Çindən bir şey qopara bilmədi. Azərbaycan isə pulunu verib aldı.
Çinin digər sahələrdə məhsulları keyfiyyətsiz olsa da, müdafiə sənayesində dünyanın çox ilkləri bu dövlətə məxsusdur. Qeyd edim ki, Çin 2010-cu ildən hər il Azərbaycana hərbi yardımlar çərçivəsində müəyyən məhsullar tədarük edir".

teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31