Siyasət

Kaliforniya kilsəsində Azərbaycanın dini tolerantlıq ənənələri təqdim olunub

7 Mart 2019 10:35

Kaliforniyanın Pasadena şəhərində yerləşən nüfuzlu “Knox” Presviterian Kilsəsinin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev həmin kilsədə keçirilən konfransda Azərbaycana dair geniş təqdimatla çıxış edib. Olaylar.az bildirir ki, Los Anceles yaxınlığında yerləşən Pasadena ABŞ-da erməni icmasının ən sıx məskunlaşdığı şəhərlərdəndir.