“Əlaqələr qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulur”

qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələri

"Keçən il sentyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər edib. Bu, ölkələrimizin ikitərəfli münasibətlərində mühüm hadisədir. Həmin səfər zamanı imzalanmış 15 mühüm sənəd 2024-cü ilə qədər olan dövrdə qarşılıqlı əlaqələrimizin genişlənməsi üçün perspektiv imkanlar yaradıb. Bir məqam çox vacibdir ki, qarşılıqlı faydalı Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı hörmətə, dostluğa əsaslanır və qarşılıqlı maraqlar nəzərə alınmaqla qurulur. Bu, strateji tərəfdaşlar səviyyəsinə çatmış digər dövlətlər üçün qarşılıqlı faydalı tərəfdaşlıq münasibətləri nümunəsidir". 

Azadinform xəbər verir ki, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri, ölkəmizdə rəsmi səfərdə olan Valentina Matviyenko bu fikri bu gün jurnalistlərə müsahibəsində söyləyib. Valentina Matviyenko ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafından söhbət açaraq qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə münasibətlərin inkişafına çox böyük töhfə verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31