Siyasət

XİN Paşinyana cavab verdi

6 Mart 2019 17:13

Vüqar Rəhimzadə: Qanunları pozub dövlətə xəyanət yolunu tutanlara ən ağır cəza düşür

6 Mart 2019 15:19

“İnsanlar müxtəlif siyasi baxışlara, fərqli düşüncələrə sahib ola bilərlər. Lakin xalqın, dövlətin maraqlarından söhbət düşəndə bütün mövqelər birləşməli, dövlət və xalqın mənafeyi hər şeydən üstün tutulmalıdır. Əgər bir insan bu ali keyfiyyətlərdən məhrumdursa və dövlətə xəyanət yolunu tutubsa o, ən ağır cəzaya məhkumdur. Bu günlərdə Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək, bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb edilən Fəxrəddin Abbasov da belələrindəndir.