Azərbaycan ordusu şəhid verib - FOTOLAR

 

 

Azərbaycan ordusunun əsgəri  2000-ci il təvəllüdlü Cəlilabad rayonu Musalı kənd sakini Mayılzadə Məhərrəm Qafar oğlu bu gün şəhid olub, bu barədə Anews.az-a şəhidin dəfn mərasimində iştirak edən kənd sakini Ramil Sadıqlı məlumat verib.

Onun dediyinə görə, M.Mayılzadə Tərtər istiqamətində şəhid olub. 

Bu barədə Müdafiə Nazirliyi rəsmi məlumat yaymayıb və nazirlik sözcüsü ilə telefon əlaqəsi yaratmaq cəhdmiz hələlik alınmayıb. Nazirliyin rəsmi açıqlamasını alan kimi oxucuları məlumatlandıracağıq. 


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31