Avropa İttifaqı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmir?

Avropa İttifaqı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmir?

"Avropa İttifaqı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi saymırdısa, onda bu qurumla necə çərçivə sazişinin imzalanması istiqamətində danışıqlar aprılıb və 95 faiz bəndlər razılaşdırlıb?. Əgər, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü Dağlıq Qarabağ çərçivəsində tanımırsa, çərçivə sazişi imzalanmamalıdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə Avropa İttifaqının Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaması barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib. Məhəmməd Əsədullazadə yayılan xəbərin yalnış olduğu qənaətindədir: "Ümid edirik ki, belə bir bənd yoxdur, dezinformasiyadı. Bununla belə, Azərbaycan Xarici İşlər Nazirliyi bu xüsusda ictimaiyyətə təcili açıqlama verməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31