Ərdoğan istədi, Putin ordunu geri çəkdi – Sensasion gəlişmə
12 Aprel 2019 04:59 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Moskva görüşündən sonra rus qoşunları Suriyanın Tel Rıfat bölgəsindən geri çəkilməyə başlayıb.
24News.ge xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, Moskva görüşündə Türkiyə YPG ilə əməkdaşlıq edilməməsi ilə bağlı qəti mövqe ortaya qoyub. Bundan sonra müvafiq qərar qəbul edilib, həmçinin türk-rus qoşunlarının İdlibdə birgə patrul nəzarəti həyata keçirməsi razılaşdırılıb.
Qeyd edək ki, YPG terrorçuları buna qədər Tel Rıfatda rus qoşunlarının himayəsində müdafiə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31