Delimitasiya prosesi ilə bağlı təmaslar davam edəcək - Ceyhun Bayramov
12:16 SiyasətDelimitasiyası prosesi ilə bağlı təmaslar davam edəcək.
Olaylar.az xəbər verir ki, bunu bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lider Heydər Əliyevin 102 illiyi ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
"Mart ayında sülh sazişi mətni üzrə danışıqlar yekunlaşıb. Lakin hazırda Ermənistan tərəfindən Azərbaycan tərəfinin bəlli bir gözləntiləri var.
Bu gözləntilər Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması, eləcə də, Minsk Qrupunun buraxılmasıdır.
Delimitasiya prosesi ilə bağlı artıq bir neçə təmaslar olub. Bu proses davam edəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31