Peskov: Ateşkəs olacağı təqdirdə Ukraynaya silah tədarükü dayandırılmalıdır- ÖZƏL
11:48 SiyasətAteşkəs əldə olunarsa, Ukraynaya silah tədarükü dayandırılmalıdır. Olaylar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov ABC News-a müsahibəsində bildirib.
"Əgər ateşkəsdən danışırıqsa, ABŞ və Avropa ölkələrindən gündəlik olaraq göndərilən silah ehtiyatları ilə bağlı nə etməliyik? Əks halda, atəşkəs Ukrayna üçün üstünlük yaradacaq. Ukrayna tam səfərbərlik aparmağa və cəbhəyə yeni qüvvələr göndərməyə davam edəcək. Niyə Ukraynaya belə bir üstünlük verməliyik?", - deyə Peskov qeyd edib.
Kreml sözçüsünün sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin münaqişənin həlli üçün əlindən gələni edir, lakin Ukrayna buna hazır deyil.
"Prezident Putin problemi sülh yolu və diplomatik vasitələrlə həll etmək üçün hər şeyi edir. Lakin sülh və diplomatik yolların olmaması şəraitində biz hərbi əməliyyatları davam etdirməyə məcburuq. Onlar dərhal danışıqlara başlamağa hazır deyillər", - deyə o əlavə edib.