Azərbaycanın mövqeyi həmişə sülhdən yanadır- ÖZƏL 

Azərbaycan Prezidenti İlham Əliyev  XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində  qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 

"Azərbaycan  həmişə sülhpərvər mövqedə olub. Cənubi Qafqazda, istər Heydər Əliyev  dövründə, istər Prezident İlham Əliyev  zamanında. Ölkə rəhbəri də bunu vurğulayıb. Bildirib ki, bizim mövqeyimiz həmişə sülhdən yana olub.
Yəni, biz 30 il ərzində müharibəni niyə davam etdirmədik, niyə davam etdirməyə çalışmadıq? Çünki biz istədik ki, bu müddət ərzində sülh yolu ilə hadisələrin inkişafına nail olaq. Lakin baxdıq ki,  qarşı tərəf, Ermənistan prezidenti bu məsələni uzatmaqla məşğuldur və ATƏT-in Minsk Qrupunun həmsədrləri də buna göz yumurlar, ortada real  nəticə yoxdur. Məhz o zaman Azərbaycan hərbi yola əl atdı. İstər Azərbaycan-Ermənistan münaqişəsi, istər başqa müharibələr olsun,  Azərbaycanın mövqeyi həmişə sülh yolunun tətbiqindən yanadır. Böyük neft xətləri, neft kəmərləri, qaz kəmərləri, böyük iqtisadi yatırımlar, dəmir yolları, limanlar, avtomobil magistralları-bütün bunlarda  Azərbaycan həmişə aparıcı rol oynayıb və digər ölkələri də bu layihələrə qatılmağa çağırıb. Məsələn, Gürcüstan həmişə  Azərbaycanın iqtisadi layihələrinin bir parçası olub. Əlbəttə ki, Ermənistanın ağlı olsa, müzakirələrə, həm neft xətləri, həm qaz kəmərləri, həm də dəmir yolu xətləri, avtomobil magistralları, enerji xətlərinə qoşula bilər. Amma onlar etmədi. İndi də gec deyil, Azərbaycan  Zəngəzurda dəhlizi açmağa çalışır. Yəni, əgər Ermənistan buna mane olmasa və əməkdaşlıq etsə, Azərbaycanla bu dəhlizin açılması istiqamətində işlər görsə, Ermənistan da bu tranzitlərdən gəlir əldə edə bilər. Ona görə biz çalışırıq ki, bölgədə sabitlik, sülh və əməkdaşlıq olsun, ümumi bölgənin sosial-iqtisadi rifahı artsın.  Əgər  Ermənistanın şovinist addımları olmasaydı, biz onlara yardım əlini uzada bilərdik. Ermənistana, Gürcüstana və digər ölkələrə. Bu şovinist yanaşmalar, işğalçı siyasət buna mane olub. Əgər sülh bərpa olunsa, yenidən əməkdaşlıq imkanları artacaq. 
Ölkə rəhbəri çıxışında vurğuıadı ki, Azərbaycan öz mövqeyinə sadiqdir. Biz bütün dünyaya deyirik ki,  müharibə istəmirik,  sülh istəyirik, biz bunu bütün platformalarda bəyan etmişik və yenə də bəyan edirik.
Bizim üçün əsas məsələlər sülh, əmin-amanlıq və ümum ibölgənin birlik və bərabərlik içərisində inkişafıdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31