Milli Məclisin deputatı Tural Gəncəliyev mayın 12-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, millət vəkili səfər çərçivəsində "İdentiklik, müqavimət və suverenlik: Korsika üçün perspektivlər" mövzusunda keçiriləcək konfransda iştirak edəcək.
Səfər mayın 14-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31