Mədəniyyət
“Dərs” filminin məktəblilər üçün nümayişi edildi
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirildi. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə bir neçə film nümayiş etdirilib.
Azər Zeynalov Minskdə
Son illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında çox sıx yaradıcılıq əlaqələri formalaşıb. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları tez-tez Azərbaycanda qonaq olur və müxtəlif klassik opera və balet tamaşalarında böyük ustalıqla çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, müxtəlif festival və s. mədəni tədbirlərə dəvət olunurlar.
Filmimiz Hindistanın iki şəhərində
“İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayişi etdirilib. Kinostudiyadan “Olaylar” – a verilən xəbərə görə, film 2-9 fevral tarixlərində keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri Benqaluru və Maysur şəhərlərində də keçirilib.
Xalça Muzeyində ustad dərsi
Fevralın 11-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə ustad dərsləri təşkil olunacaq.
Kukla səhnəsində “Turp”
Daim repertuarında yeniliklər edən Azərbaycan Dövlət Kukla Teatrının 2017-ci il üçün nəzərdə tutduğu yaradıcılıq planı zəngindi. Əsasən milli və dünya klassik nağıl nümunələrinə yer ayıran teatrda bu dəfə də fərqli və dinamik səhnə yozumlu tamaşa görəcəyik.
“Arts Council Azerbaijan”– dan daha bir layihə
Fevralın 17-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenkonun rəhbərliyi ilə müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq.
Nigar Camal boşanmağından danışdı - VİDEO
"Əvvəl şəxsi həyatımı gizlədirdim. Azərbaycan dilində çox da yaxşı danışa bilmirdim. Düşünürəm ki, şəxsi həyatı danışmaq, üstə çıxarmaq düz deyil. Bəzən insanlar bu haqda danışmağı xoşlayır, özlərini reklam edirlər. Mən isə nə gizli saxlamağın, nə də çox açıb danışmağın tərəfdarıyam".
Dövlət Fortepiano Triosu çıxış edəcək
Fevralın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində kamera və orqan musiqi zalında klassik musiqi axşamı təşkil olunacaq.
Natiq Vəliyevin xatirəsi anıldı
Fevralın 9-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, pedaqoq, Əməkdar Müəllim Natiq Vəliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Gənc Tamaşaçılarda “Arzu və Murad”
Fevral ayının 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Pirallahıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anacaqlar. Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstəriləcək.
Rasim Balayev: “Canəli Əkbərov qudurub”
Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı xoşagəlməz qalmaqal səngimək bilmir. Səsləndiridyi nalayiq ifadələrə görə xanəndəyə təkcə həmkarları deyil, digər tanınmış sənət adamlarından da tənqidlər gəlib.
Nizami Kino Mərkəzində yeni filmlər
Nizami Kino Mərkəzində “Əlli çalar daha tünd” bədii filmi və “Leqo filmi: Betmen ” 3d animasiya filminin nümayişinə başlanılıb.
Filarmoniyada Xocalı faciəsi anılacaq
24 fevral 2017-ci il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Xocalı Soyqırımı Faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbir keçiriləcək.
Canəli Əkbərovun münsiflər əleyhinə senzurasız fikirləri mədəniyyət aləmində böyük etirazlar doğurdu
Xalq artisti Canəli Əkbərovun Mənsum İbrahimov, Arif Babayev, Səkinə İsmayılova, Əlibaba Məmmədov və Sərdar Fərəcov barədə son günlər mətbuatda işlətdiyi qeyri-etik ifadələr mədəniyyət sferasında böyük narahatlıq yaradıb.
İlhamə Quliyevanın mirası: evlər, maşınlar, 300 min - vəkildən açıqlama
Xəbər verdiyimiz kimi, mərhum xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı bir ilə yaxındır davam edən məhkəmə prosesi başa çatıb.














