Aİ səfiri keçmiş namizədin həbsxanada ölümünü araşdıracağına söz verib – ÖZƏL
13:47 SiyasətOlaylar.az xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos "Güclü Ermənistan" partiyasından Stepanavan merliyinə keçmiş namizəd Arsen Qevorkyanın təcridxanada vəfat etməsi hallarını araşdıracağına və müxalifətin qaldırdığı suallara ictimai şəkildə cavab verəcəyinə söz verib. Bu barədə səfirlə görüşən parlamentin Avropaya inteqrasiya komissiyasının sədri, deputat Harutyun Harutyunyan məlumat verib. Qevorkyanın ölümündən sonra "Güclü Ermənistan" nümayəndələri Aİ-nin İrəvandakı ofisi qarşısında etiraz aksiyası keçirərək quruma məktub təqdim ediblər. Ələt seçimindən 4 gün əvvəl rüşvət ittihamı ilə həbs edilən Qevorkyanın noyabrın 10-da təcridxanada vəfat etməsinə görə partiya məsuliyyəti ölkə rəhbərliyinin üzərinə qoyub.