Deputatlar Rusiya Federasiyasında səfərdədirlər

Milli Məclisin deputatları Zaur Şükürov və Rizvan Nəbiyev Rusiya Federasiyasının Həştərxan şəhərində səfərdədirlər. Milli Məclisdən Olaylar-a bildirilib ki,
deputatlar Həştərxan şəhərində 11 saylı orta məktəbin əsaslı şəkildə yenidən qurulmasının və məktəbə Ulu Öndər Heydər Əliyevin adının verilməsinin 15 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər. 
Səfər noyabrın 13-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31