İspaniyada ümumi tətil zamanı polis etirazçılara güc tətbiq edib- ÖZƏL
13:40 Siyasətİspaniyada noyabrın 11-də başlayan 24 saatlıq ümumi tətil zamanı polis əməkdaşlarının etirazçılara qarşı güc tətbiq etdiyi bildirilir.
Olaylar.az xəbər verir ki, Həmkarlar ittifaqlarının məlumatına görə, Madrid və Qranadada baş verən insidentlər nəticəsində azı səkkiz nəfər yaralanıb, bir nəfər saxlanılıb. Madridin bəzi rayonlarında polis bibər qazından da istifadə edib.
Ümumi tətil ölkədə mənzil böhranına etiraz olaraq təşkil edilib. Tətil iştirakçıları səhər saatlarından bir sıra yollarda piketlər keçirərək nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31