Kukla səhnəsində “Turp”

Daim repertuarında yeniliklər edən  Azərbaycan Dövlət Kukla Teatrının 2017-ci il üçün nəzərdə tutduğu yaradıcılıq planı  zəngindi. Əsasən milli və dünya klassik nağıl nümunələrinə yer ayıran teatrda bu dəfə də fərqli və dinamik səhnə yozumlu tamaşa görəcəyik.

Teatrdan "Olaylar" - a verilən məlumata görə, bu dəfə teatrın səhnəsində  məşhur rus xalq nağılı -"Turp"səhnələşdirilir. Artıq məşqləri başlayan  tamaşa daha çox aşağı yaş qruplu tamaşaçılar üçün nəzərdə tutulub.

Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Tamaşada nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obrazı - Müqəvva, Qarğa və Siçanın atasını - görəcəyik.

Güc birlikdədir ideyasını əsas götürən tamaşaya  teatrın baş rejissoru Qurban Məsimov quruluş verir. Tamaşanın rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədi.

Teatrın aparıcı aktyoru, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə hazırlanan birhissəli uşaq tamaşasında  qolçaq kuklalardan istifadə olunur. Əsas oyun xətti hazırlanma texnikasına görə gərdək arxasından olacaq tamaşada  Rəhman Rəhmanovla (Baba) yanaşı daha iki canlı plan oyunu nəzərdə tutulur.

Qeyd edək ki, tamaşanın premyerası martın əvvəllərində  baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31