“Dərs” filminin məktəblilər üçün nümayişi edildi
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirildi. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə bir neçə film nümayiş etdirilib.
10 Fevral 2017 19:23 Teatr və kinoRafiq Əliyev və Cavid Təvəkkülün "Dərs" bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan "Milli kino - sərvətimizdir" layihəsi çərçivəsində nümayiş etdirildi. Kinostudiyadan "Olaylar" - a bildirilib ki, "Gənc Novatorlar" gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə bir neçə film nümayiş etdirilib.
Qeyd edək ki, "Dərs" filmi "Bizim Kino Günləri 2017" layihəsi çərçivəsində 9 mart tarixindən etibarən Nizami Kino Mərkəzi, Park Cinema və CinemaPlus kinoteatrlar şəbəkəsində nümayiş etdiriləcək.
Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.
Filmin beynəlxalq təqdimatı Almaniyanın 34-cü Münhen Film Festivalında baş tutub. Film Rusiyanın 25-ci "Kinoşok" Beynəlxalq Film Festivalının "KinoMalıŞok" proqramının "Ən yaxşı film", Belarusiyanın 23-cü "Listapad" Minsk Beynəlxalq Film Festivalının "Qızıl Listapadik" mükafatlarına layiq görülüb. "Dərs" filmi həmçinin Hindistanın 5-ci Delhi və Banqladeşin 15-ci Dəkkə Beynəlxalq Film Festivallarında nümayiş olunub.