Latviya Rusiya və Belarus vətəndaşları üçün məhdudiyyətləri uzadıb- ÖZƏL

Latviya hökuməti Rusiya və Belarus vətəndaşlarının ölkəyə girişinə və viza müraciətlərinə qoyulan məhdudiyyətlərin 31 dekabr 2027-ci ilədək uzadılmasını dəstəkləyib.
Olaylar.az xəbər verir ki, Xarici İşlər Nazirliyi qərarı Ukraynada davam edən müharibə, regiondakı qeyri-müəyyən vəziyyət və ölkənin daxili təhlükəsizliyinin qorunması zərurəti ilə əsaslandırıb. Məhdudiyyətlərə baxmayaraq, Aİ və Latviya vətəndaşlarının ailə üzvləri, humanitar əsaslarla müraciət edənlər, diplomatlar və müəyyən nəqliyyat şirkətlərinin əməkdaşları üçün istisnalar qüvvədə qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31