Mədəniyyət

İş adamı on gündür oğluna toy edir, bütün sənət əhli məclisdədir — Azərbaycanda

14 Fevral 2017 14:30

Məclisə Azərbaycanın tanınmış sənət adamları dəvət olunub. Məclisin idarəçiliyi isə tanınmış tamada Pünhan İsmayıllıya həvalə edilib. 

Şərq Ədəbiyyatı İncisi - "MARİFETNAME"

14 Fevral 2017 13:10

Mərkəzi Elmi Kitabxananın Şərq ədəbiyyatı fondunda saxlanılan dəyərli kitablardan biri də XVlll əsrdə yaşamış Türk İslam kültürünün Osmanlıdakı son nümayəndələrindən sayılan, mütəfəkkir Hasankale İbrahim Hakkı Həzrətlərinin “Marifetname” kitabıdır. Kitabın 1757-ci ildə qələmə alındığı bilinir. Kitab iki cildə toplanan vərəq formasında təxminən 600-dən çox əlyazmadan ibarətdi və soyundan olan nəvələri tərəfindən Tilloda (Siirt şəhəri) mühafizə edilməkdədi.

Cövdət Hacıyev və Tofiq Quliyev anılacaq

14 Fevral 2017 13:09

2017-ci il Azərbaycan musiqi incəsənətinin iki görkəmli nümayəndəsinin - tanınmış bəstəkar, musiqi-ictimai xadim və pedaqoq, Respublikanın Xalq artisti, iri simfonik əsərlərin yaradıcısı Cövdət Hacıyevin və gözəl bəstəkar, musiqi-ictimai xadim, Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı, unudulmaz mahnıların və kino musiqisinin müəllifi Tofiq Quliyevin anadan olmasının100 ili tamam olur.

Nisə Qasımova: "Hər gün xoşbəxtəm deyən insan dəlidir"

13 Fevral 2017 17:51

"Adətən danışmaqdan daha çox, susmağa üstünlük verirəm. İçimdə o qədər sirlər, xəzinə var ki, onları gizlətməyi xoşlayıram. Mənim fərdi dünyam, çevrəm, görüntüm var. Bu fərdiliyimi çoxları təqdir etməsə də, mən təqdir edirəm. Mənim üçün ümumiyyətlə yaş önəmli deyil. İllər ərzində çəkdiyim iztirabların və sevinclərin çəkisi var. Onları üst-üstə gələndə heç 15 yaş etmir. Bəzən utanc, bəzən isə sevinc hissi ilə deyirəm ki, mən böyümədim, bu yaş həddini hiss etmədim. Bilmirəm nədən? Bu sualı mən də özümə verirəm. Yaşa dolmaq, mənim fikrimcə, istər qadın, istərsə də kişi üçün müdrik olmaq deməkdir. İnsan mütaliə etməklə, təhsil almaqla bilgilənir, elmli olur. Biri də var ki, insanın xislətində olan biliklər və elmlər. Mən o elmin tərəfdarıyam. İnsan özü özünü görməli, tərbiyə etməli, yaşatmalı, böyütməlidir. Mənim üçün yaşın anlamı budur". 

25-ci “Hasarın o üzü”...

13 Fevral 2017 16:47

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında  “Hasarın o üzü” tamaşası 25-ci dəfə nümayiş olunacaq.

Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi – “Bəxtəvər”

13 Fevral 2017 16:46

Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan daha bir yeni layihəyə imza atıb. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı ilə güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı birlikdə tamaşa hazırlayacaq. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridi. Qeyd edək ki, müştərək hazırlanacaq tamaşanın adı “Bəxtəvər”di.

Özbəkistan televiziya kanalında Azərbaycana həsr olunan proqram təqdim edilib

13 Fevral 2017 14:17

Daşkənddəki “Dunyo boylab” televiziya kanalında özbək dilində “Telesayohat Ozarbayjon” adlanan ikihissəli proqram nümayiş etdirilib.

Akademik Milli Dram Teatrı cənub bölgəsində

13 Fevral 2017 13:51

Fevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət”tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.

Azərbaycanlı qız Demet Akalını HEYRAN ETDİ - VİDEO

13 Fevral 2017 12:13

Azərbaycanlı xanım ifaçı Səidə Quliyeva Türkiyədə səhnə aldığı bir restoranda dinləyicilər arasında olan Demet Akalını özünə heyran edib. Azərbaycanlı xanım sənətçinin ifası zamanı videosunu çəkib paylaşan Demet ona təriflər yağdırıb: "Tövbə, bu necə bir səsdir! Dəldi keçdi. Tatlısəs dinləsə, "Yandırdı-yandırdı" deyərdi".

Musiqili Teatrda premyera oldu

10 Fevral 2017 19:54