Akademik Milli Dram Teatrı cənub bölgəsində
Fevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət”tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.
13 Fevral 2017 13:51 MədəniyyətFevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi "Vəsiyyət"tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.
Teatrın mətbuat xidmətindən "Olaylar" - a verilən məlumata görə, yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Axirətdən gələn zəng" pyesi əsasındasəhnələşdirilən tamaşa Lənkəran, Astara, Masallı, Cəlilabad və Biləsuvarda teatrsevərlər üçün nümayiş olunacaq. İkihissəli qara komediyanın quruluşçu rejissoru əməkdar artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdu.
Qeyd edək ki, tamaşa Dövran adlı zəngin şəxsin yaxınlarına vəsiyyəti əsasında qurulub. Tamaşa insanlar arasında var-dövlət hərisliyini, mənəvi eybəcərliyi kəskin tənqid edir, insanı mənəvi kamilliyəsəsləyir.