Firəngiz Əlizadə “H.Sikorski " musiqi jurnalının üz qabığında
10 Fevral 2017 19:49 İncəsənətAlman nəşriyyatı "H.Sikorski " musiqi jurnalı üz qabığında dünya şöhrətli bəstəkar Firəngiz Əlizadənin portretini yerləşdirərək, 2017-ci ilin onun yubiley ili olmasi barədə geniş məqalə ilə çıxış edib.
Məqalədə bildirilir ki, müasir musiqinin ən görkəmli nümayəndələrindən olan Firəngiz Əlizadənin bir çox ölkədə müəllif konsertləri, müxtəlif əsərlərinin ifası planlaşdırılır.
"Bu sözlərin təsdiqi kimi qeyd olunmalıdır ki, artıq aparıcı musiqi kollektivlərinin ifasında Azərbaycan bəstəkarının konsertlər silsiləsinə başlanılıb" - deyə, məqalədə bildirilir:
"Belə ki, dünyanın ən yaxşı kvarteti " hesab eilən ABŞ-ın "Kronos " kvarteti Firəngiz xanımın dünyada böyük şöhrət qazanmış "Оаzis ", "Muğamsayağı ", həmçinin yeni "Rəqs" kvarteti ilə qastrollara start verib.
Almaniyanın "Drezden Simfonietta " orkestri ötən ay Polşa şəhərlərində böyük müvəfəqqiyyətlə çıxış edərək F.Əlizadənin "Crossing-II" əsərini müasir musiqinin pərəstişkarlarına təqdim edib.
Fevralın əvvəlində isə "Drezden Simfonietta"-nın musiqiçiləri öz doğma Drezden şəhərində Amerika və Avropa ənənələrinə söykənən maraqlı repertuarla çıxış ediblər.
Konsertdən əvvəl çıxış edən F.Əlizadə tamaşaçıların suallarını cavablandıraraq, öz yaradıcılıq üslubu haqqında və ifa olunan əsərin yaranma tarixçəsi barədə danışıb.
Konsertdə iştirak edən Almaniyanın məşhur musiqişünası Silviya Metsgerin "Alman musiqiçilər konsertdə İ.S.Baxın, A.Vebernin və amerikalı bəstəkar Çarlz Ayvz kimi dünya bəstəkarlıq məktəbinin ən görkəmli nümayəndələri ilə yanaşı F.Alizadənin də əsərini ifa etdilər. Böyük məmnuniyyətlə qeyd etmək lazımdır ki, F.Alizadənin musiqisi bu konteksdə özündə müasir Avropa musiqisinin bütün müxtəlifliyini təcəssüm etdirir. Çox gözəl əsər olan "Crossing-II "-də (Çarpazlaşma-II) bəstəkar öz parlaq fərdi intonasiyasıyla ən mürəkkəb bəstəkar texnikasını birləşdirməklə müxtəlif mədəniyyətlərin kəsişmələrinin əsas tendensiyalarını əks etdirir" - deyə, bildirdi.
Konsert müasir musqinin ən görkəmli nümayəndəsi olan Firəngiz Əlizadənin möhtəşəm əsərinin səslənməsi ilə davam edib.