Xalça Muzeyində ustad dərsi
Fevralın 11-də Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə ustad dərsləri təşkil olunacaq.
10 Fevral 2017 19:09 MədəniyyətFevralın 11-də Azərbaycan Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində naxışlı çətən toxuma texnologiyası üzrə ustad dərsləri təşkil olunacaq.
Muzeydən "Olaylar" - a bildirilib ki, dərslər muzeyin xalçaçı-rəssamı Tariyer Bəşirovun rəhbərliyi ilə aparılacaq. Ustad dərslərinin keçirilməsində məqsəd unudulmaqda olan texnologiyaları bərpa etmək, gənc nəsli maarifləndirmək və bu texnologiyaların nəsildən-nəslə ötürülməsinə şərait yaratmaqdır. Dərslər iki gün davam edəcək və mövzu ilə bağlı mühazirələr də təşkil olunacaq.
Qeyd edək ki, çətən - eyni diametrli qamış və ya ağac çubuqlarından hazırlanır. Naxışlı çətənlər döşəməyə salınır, alaçıqdakı divarların bəzədilməsində arakəsmə və pərdə kimi istifadə olunur.