Ca­nə­li Ək­bə­ro­vun mün­sif­lər əley­hi­nə sen­zu­ra­sız fi­kir­lə­ri mə­də­niy­yət alə­min­də bö­yük eti­raz­lar do­ğur­du

Xalq ar­tis­ti Ca­nə­li Ək­bə­ro­vun Mən­sum İb­ra­hi­mov, Arif Ba­ba­yev, Sə­ki­nə İs­ma­yı­lo­va, Əli­ba­ba Məm­mə­dov və Sər­dar Fə­rə­cov ba­rə­də son gün­lər mət­bu­at­da iş­lət­di­yi qey­ri-etik ifa­də­lər mə­də­niy­yət sfe­ra­sın­da bö­yük na­ra­hat­lıq ya­ra­dıb.  

Xalq ar­tis­ti Ca­nə­li Ək­bə­ro­vun Mən­sum İb­ra­hi­mov, Arif Ba­ba­yev, Sə­ki­nə İs­ma­yı­lo­va, Əli­ba­ba Məm­mə­dov və Sər­dar Fə­rə­cov ba­rə­də son gün­lər mət­bu­at­da iş­lət­di­yi qey­ri-etik ifa­də­lər mə­də­niy­yət sfe­ra­sın­da bö­yük na­ra­hat­lıq ya­ra­dıb.  

Qeyd edək ki, həm­kar­la­rı C.Ək­bə­ro­vun qey­ri-ob­yek­tiv ol­du­ğu­nu əsas gə­ti­rə­rək xalq ar­tis­ti­nin Te­le­vi­zi­ya Mu­ğam Mü­sa­bi­qə­si­nin mün­sif­lər he­yə­tin­də təm­sil olun­ma­sı­na eti­raz edib­lər. Həm­kar­la­rı­nın mü­na­si­bə­ti­nə qey­ri-etik ifa­də­lər­lə ca­vab ve­rən C.Ək­bə­ro­vun fi­kir­lə­ri bir­mə­na­lı qar­şı­lan­ma­yıb.

Xalq ar­tis­ti M.İb­ra­hi­mov həm­ka­rı C.Ək­bə­ro­vun onun ba­rə­sin­də səs­lən­dir­di­yi fi­kir­lə­rə mü­na­si­bət bil­di­rər­kən qeyd edib ki, o, C.Ək­bə­ro­va qar­şı ən ki­çik hör­mət­siz­lik be­lə et­mə­yib. Xalq ar­tis­ti­nin iş­ti­rak­çı­la­ra qə­rəz­li ya­naş­dı­ğı­nı de­yən M.İb­ra­hi­mov mət­bu­a­ta bil­di­rib: "Biz mün­sif­lər ola­raq - A.Ba­ba­yev, S.İs­ma­yı­lo­va, Ə.Məm­mə­dov, S.Fə­rə­cov, sa­də­cə, fi­kir bil­dir­mi­şik. Biz nə onu təh­qir et­mi­şik, nə də ar­tıq söz de­mi­şik. Biz ümu­mi ola­raq C.Ək­bə­ro­vun qey­ri-ob­yek­tiv ol­du­ğu­nu de­mi­şik. Axı həm də mün­si­fi biz seç­mi­rik. Mən in­di­yə­dək 5 mü­sa­bi­qə­də mün­sif ol­mu­şam. Bu mü­sa­bi­qə­yə mə­ni Hey­dər Əli­yev Fon­du də­vət edib. Mən öz­ba­şı­na ora­da mün­sif ol­ma­mı­şam. Bu da iş­lə­rim, xid­mət­lə­rim sa­yə­sin­də baş ve­rib".

C.Ək­bə­ro­vun onun ba­rə­sin­də iş­lət­di­yi ifa­də­lə­rə də mü­na­si­bət bil­di­rən M.İb­ra­hi­mov "İş­lət­di­yi təh­qi­ra­miz ifa­də­lə­ri nə in­san, nə də xalq ar­tis­ti ola­raq C.Ək­bə­ro­va ya­raş­dır­ma­dım. Onun ba­rə­sin­də təh­qir­lər iş­lət­di­yi in­san­lar ömür­lə­ri­ni sə­nə­tə həsr edib­lər. Mən he­sab edi­rəm ki, o, yaş­lı adam­dır və əsəb­lə­ri ye­rin­də de­yil. Çün­ki de­dik­lə­ri­nə baş­qa cür an­lam ve­rə bil­mi­rəm. Sa­də­cə ayıb­dır. Qal­dı ki, et­di­yi təh­qir­lə­rə, bu onun mə­nə­viy­ya­tı­nın gös­tə­ri­ci­si­dir. Əla­və də nə­sə de­mək is­tə­mi­rəm. Heç vaxt da onun ba­rə­sin­də təh­qir iş­lət­mə­mi­şəm. İn­di də iş­lət­mə­yə­cəm" - de­yə ca­vab ve­rib.

M.İb­ra­hi­mov C.Ək­bə­ro­vun onun hər­bi xid­mət­dən ya­yın­ma­sı ilə bağ­lı fi­kir­lə­ri­ni ab­surd ad­lan­dı­rıb: "Biz yed­di qar­da­şıq. 3 qar­da­şım Qa­ra­bağ əli­li­dir, 3 qar­da­şım da Qa­ra­bağ ve­te­ra­nı­dır. Mən özüm hər ay cəb­hə böl­gə­sin­də­yəm. Ap­rel dö­yüş­lə­ri­nin sə­hə­ri gü­nü mən Ağ­dam­day­dım. Mən cəb­hə­dən qa­çan adam de­yi­ləm. Mə­nim va­li­deynlə­rim, ya­xın­la­rım cəb­hə böl­gə­sin­də ya­şa­yır­lar. Bun­dan baş­qa, xalq ha­mı­nı yax­şı ta­nı­yır. Mən heç vaxt qal­ma­qa­la qa­rış­ma­mı­şam, sə­nə­tim­lə məş­ğul ol­mu­şam. Mə­nim mü­əl­lim­li­yim, ope­ra sa­hə­sin­də­ki fə­a­liy­yə­tim də göz qa­ba­ğın­da­dır".

C.Ək­bə­ro­vun gör­kəm­li mu­ğam ifa­çı­la­rı­na qar­şı iş­lət­di­yi söz­lər mə­də­niy­yət alə­min­də di­gər­lə­ri tə­rə­fin­dən də bir­mə­na­lı qar­şı­lan­ma­yıb.

Sə­nət adam­la­rı­nın bir qis­mi be­lə dü­şü­nür ki, tən­qid nor­mal hal­dır, tən­qi­din təh­qir­lə əvəz edil­mə­si isə anor­mal­lıq­dır.

Ta­nın­mış kultro­loq Ay­dın­xan Əbi­lov bi­zim­lə söh­bə­tin­də bil­dir­di ki, sə­nət adam­la­rı­nın, döv­lət tə­rə­fin­dən se­çi­lən, fərqlən­di­ri­lən sə­nət­kar­la­rın bir-bi­ri­nə qar­şı təh­qir iş­lət­mə­si doğ­ru de­yil. O he­sab edir ki, bu cür in­san­lar gənclik üçün ör­nək ol­ma­lı­dır: "İs­tə­ni­lən hal­da, təh­qir iş­lə­dil­mə­si, mət­bu­at­da qey­ri-etik ifa­də­lə­rin ta­nın­mış bir şəxs tə­rə­fin­dən iş­lə­dil­mə­si doğ­ru iş de­yil. Döv­lə­tin qiy­mət­lən­dir­di­yi, fərqlən­dir­di­yi, qay­ğı gös­tər­di­yi, Hey­dər Əli­yev Fon­du­nun diq­qə­tin­də olan sə­nət­kar­lar da­nı­şar­kən diq­qət­li ol­ma­lı­dır. Gə­rək Ca­nə­li mü­əl­lim səbrli olub mət­bəx sir­ri­ni aç­ma­yay­dı. Bu yol­ve­ril­məz­dir. Tən­qid nor­mal­dır, təh­qir yox".

Əmək­dar ar­tist Təy­yar Bay­ra­mov qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da qeyd et­di ki, Ca­nə­li mü­əl­li­min fik­ri­nə hər han­sı bir mü­na­si­bət bil­dir­mək fik­ri yox­dur: "On­lar ha­mı­sı bö­yük sə­nət­kar­lar­dır. Bö­yük əzab-əziy­yət­lə, zəh­mət­lə sə­nə­tə gə­lib, sə­nə­ti təb­liğ edib, onu zir­və­lə­rə qal­dı­rıb­lar. Mə­nim bö­yük­lər qar­şı­sın­da da­nış­ma­ğa həd­dim yox­dur. Yə­ni on­lar bö­yük sə­nət­kar­lar­dır. Mən heç kə­sə yol gös­tə­rə bil­mə­rəm. Bir­cə onu de­yə bi­lə­rəm ki, təh­qir ol­ma­ma­lı­dır". 

M.İb­ra­hi­mo­vun yük­sək sə­nət­kar­lıq və in­san­lıq key­fiy­yət­lə­rin­dən da­nı­şan T.Bay­ra­mov vur­ğu­la­dı ki, o, bir in­san­lıq nü­mu­nə­si­dir: "Mən­sum mü­əl­lim mə­nim us­ta­dım­dır. Mə­nə onun əmə­yi çox ke­çib. O, tə­lə­bə­lə­ri­nə hər za­man ata­lıq qay­ğı­sı ilə ya­na­şıb. Hət­ta baş­qa mü­əl­lim­lə­rin tə­lə­bə­lə­rin­dən də qay­ğı­sı­nı əsir­gə­mə­yib. Mən­sum mü­əl­lim bö­yük şəx­siy­yət­dir. O qə­dər saf, də­yər­li, nü­mu­nə­vi, gö­zəl in­san­dır ki, ona heç bir lə­kə ya­raş­maz. Ca­nə­li mü­əl­li­mə gə­lin­cə, o bi­zim ağ­saq­qal, us­tad sə­nət­ka­rı­mız­dır. Ona yol gös­tər­mək mə­nə ya­raş­maz. Mət­bu­at­dan xa­hi­şim odur ki, bu cür açıq­la­ma­la­rı, qey­ri-etik ifa­də­lər­lə do­lu olan fi­kir­lə­ri mət­bu­a­ta çı­xa­rıb ic­ti­ma­i­ləş­dir­mə­sin­lər. Bu yax­şı hal de­yil. Xalq ola­raq bi­zə ba­şu­ca­lı­ğı gə­tir­mir".

Xalq ar­tis­ti Ra­miz Mə­lik so­si­al şə­bə­kə­də C.Ək­bə­ro­va sərt fik­ri­ni bil­di­rib. Mov­qe.az-ın mə­lu­ma­tı­na gö­rə, R.Mə­lik C.Ək­bə­ro­vun "Əli­ba­ba Məm­mə­dov ta­tar mol­la­sı­na bən­zə­yir" ifa­də­si­nə be­lə mü­na­si­bət bil­di­rib: "Ca­nə­li, sən ar­tıq həd­di­ni aşır­san. Utan, sər­həd­di keç­mə, özü­nü bi­a­bır edir­sən. Mün­sif­lər he­yə­ti sə­ni öz sı­ra­la­rın­da gör­mək is­tə­mir. De­mə­li, sən ora­la­ra la­yiq de­yil­sən".  Baki-xeber.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31