Filmimiz Hindistanın iki şəhərində

“İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayişi etdirilib. Kinostudiyadan “Olaylar” – a verilən xəbərə görə, film 2-9 fevral tarixlərində keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri Benqaluru və Maysur şəhərlərində də  keçirilib.

"İçəri Şəhər" bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayişi etdirilib. Kinostudiyadan "Olaylar" - a verilən xəbərə görə, film 2-9 fevral tarixlərində keçirilən festivalın "Dünya kinosu" proqramında iştirak edib. Filmin nümayişləri Benqaluru və Maysur şəhərlərində də  keçirilib.

Qeyd edək ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.

Ekran əsəri həmçinin Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb. Film daha öncə Misirin 38-ci Qahirə, 47-ci Hindistan (Qoa), Estoniyanın 20-ci Tallin "Qaranlıq gecələr", Hindistanın 21-ci Kerala, 15-ci "Pune" və 7-ci "Yaşvant" Beynəlxalq Film Festivallarında nümayiş olunub. Təhminə Rafaella filmdəki ifasına görə Türkiyənin 5-ci "Van gölü" Beynəlxalq Film Festivalının "Ən yaxşı aktrisa" mükafatına layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31