Gənc Tamaşaçılarda “Arzu və Murad”
Fevral ayının 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Pirallahıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anacaqlar. Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstəriləcək.
9 Fevral 2017 16:59 MədəniyyətFevral ayının 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Pirallahıda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anacaqlar. Faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin "Ürəyində arzu tut" əsəri əsasında hazırlanmış "Arzu və Murad" tamaşası göstəriləcək.
Teatrdan"Olaylar" -a verilən məlumata görə fevral ayının 26-da saat 19.00-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. Tamaşadan öncə teatrın kollektivi "Ana fəryadı" abidəsini ziyarət edəcəklər..
Qeyd edək ki, "Arzu və Murad" tamaşasının quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdu.