Dövlət Fortepiano Triosu çıxış edəcək
Fevralın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində kamera və orqan musiqi zalında klassik musiqi axşamı təşkil olunacaq.
9 Fevral 2017 17:53 MədəniyyətFevralın 28-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində kamera və orqan musiqi zalında klassik musiqi axşamı təşkil olunacaq.
Filarmoniyadan "Olaylar" - a bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək musiqili gecədə Azərbaycan Dövlət Fortepiano Triosu çıxış edəcək.
Qeyd edək ki, konsert çərçivəsində Azərbaycan və Avropa bəstəkarlarının fortepiano üçün yazdığı musiqi əsərləri və bir sıra klassik kompozisiyalar səslənəcək.
Konsertdə, həmçinin ali və orta ixtisas musiqi məktəblərinin tələbə və şagirdləri də iştirak edəcək