Nizami Kino Mərkəzində yeni filmlər
Nizami Kino Mərkəzində “Əlli çalar daha tünd” bədii filmi və “Leqo filmi: Betmen ” 3d animasiya filminin nümayişinə başlanılıb.
9 Fevral 2017 14:56 MədəniyyətNizami Kino Mərkəzində "Əlli çalar daha tünd" bədii filmi və "Leqo filmi: Betmen " 3d animasiya filminin nümayişinə başlanılıb.
Mərkəzdən "Olaylar" - a verilən xəbərə görə Amerika və Danimarka istehsalı olan "Leqo film: Betmen" animasiya filmini Set Qrem -Smitin ssenarisi əsasında rejissor Kris MakKey fentezi, döyüş, məcara və komediya janrında ekranlaşdırıb. Sloqanı: "Əgər Betmen deyilsənsə, həmişə özün ol".
Nizami Kino mərkəzində nümayiş olunacaq daha vir film isə Amerika istehsalı olan "Əlli çalar daha tünd" filmidi. Film dram, melodram janrında çəkilib.Rejissoru Ceyms Fouli, ssenari müəllifi Nial Leonarddir. Sloqanı: "Dəbdəbə və cazibə dünyası sizi gözləyir" Filmdə yaş həddi:18+ du.