“Arts Council Azerbaijan”– dan daha bir layihə
Fevralın 17-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenkonun rəhbərliyi ilə müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq.
10 Fevral 2017 13:36 MədəniyyətFevralın 17-də İçərişəhərdə yerləşən "Art Tover" qalereyasında sənətşünas-ekspert, ukraynalı rəssam Yuliya Tarasenkonun rəhbərliyi ilə müasir incəsənətə həsr olunmuş seminar təşkil olunacaq.
"Arts Council Azerbaijan" (Azərbaycan İncəsənət Konsulluğu) "Olaylar" - a bildiriri ki, "Emalatxana" adı ilə təqdim olunan layihə çərçivəsində təşkil olunacaq seminar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Arts Council Azerbaijan" (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı iləhəyata keçəcək.
Qeyd edək ki, hər kəsin iştirak edə biləcəyi seminar rus dilində aparılacaq.