Azər Zeynalov Minskdə
Son illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında çox sıx yaradıcılıq əlaqələri formalaşıb. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları tez-tez Azərbaycanda qonaq olur və müxtəlif klassik opera və balet tamaşalarında böyük ustalıqla çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, müxtəlif festival və s. mədəni tədbirlərə dəvət olunurlar.
10 Fevral 2017 19:18 MədəniyyətSon illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında çox sıx yaradıcılıq əlaqələri formalaşıb. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları tez-tez Azərbaycanda qonaq olur və müxtəlif klassik opera və balet tamaşalarında böyük ustalıqla çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, müxtəlif festival və s. mədəni tədbirlərə dəvət olunurlar.
Teatrdan "Olaylar" - a bildirilib ki, Opera və Balet Teatrının solisti, Azərbaycanın Xalq artisti, professor Azər Zeynalov Minskə səfərə hazırlaşır. O, fevralın 18-də Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanio partiyasını ifa edəcək.