Mədəniyyət
Teatr məktəblilərin görüşünə gəldi
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Sumqayıt məktəblilərinin estetik zövqünün, dünya görüşünün, bədii anlamının formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların Azərbaycan və dünya dramaturgiyası nümunələri ilə tanışlığına böyük önəm verir.
Muğam Mərkəzində İdris Mehdiyevin yaradıcılıq gecəsi
Beynəlxalq Muğam Mərkəzində əməkdar artist, vokal sənətinin görkəmli nümayəndəsi İdris Mehdiyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
Daşkənddə Firudin Səfərovun 85 illiyi qeyd edilib
Özbəkistanda Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Əlişir Nəvai dına Özbəkistan Dövlət Opera və Balet Teatrının baş rejissoru, Firudin Səfərovun 85 illiyi geniş qeyd edilib.
“Eurovision”un rəsmi açılışı oldu - Fidan qırmızı xalçada
ABŞ-da “International Emmy Awards” mükafatları təqdim olunub
ABŞ-ın Nyu York şəhərində “International Emmy Awards” mükafatları təqdim olunub.
XX əsrin əvvəllərinə aid material muzeyə təqdim edildi
Muzeyə XX əsrin əvvəllərinə aid daha bir etnoqrafik material təqdim edilib. Olaylar.az bildirir ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyinə XX əsrin əvvəllərinə aid daha bir etnoqrafik material - Naxçıvan qadınlarının geydiyi arxalıq və tuman təqdim olunub.
Uşaq estrada mahnıları festivalı keçiriləcək
Bakıda II “ZİMA” uşaq estrada mahnıları festivalı keçiriləcək. Festivalın təşkilatçısı “Beat Group”dur. Artıq festivalla bağlı hazırlıqlara başlanılıb və yaşı 6-dan 16-dək olan uşaqlar üçün əlavə kastinq elan edilib. Bunun üçün hər hansı bir dildə ən sevimli mahnını oxuyaraq videoya çəkmək və onu (050) 238 08 08 “WhatsApp” nömrəsinə göndərmək lazımdır.
Xalq yazıçısının 90 illiyi qeyd olunacaq
Xalq yazıçısı İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamının icrası ilə əlaqədar geniş tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, noyabrın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli yazıçının təntənəli yubiley tədbiri keçiriləcək.
Türk filməri Bakıda nümayiş olunacaq
Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.
İsveçdə ədəbiyyat üzrə yeni Nobel Komitəsi yaradılıb
Aşıq qrupları Heydər Əliyev Sarayda çıxış edəcəklər
Dekabrın 4-də Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı keçiriləcək.
Muğam Mərkəzində “Qara oyun” tamaşası
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakultəsi tələbələrinin iştirakı ilə Əbdülrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında qoyulmuş “Qara oyun” tamaşası uğurla nümayiş olunub.
Azərbaycanlı teatrşünaslar beynəlxalq konqresdə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları Məryəm Əlizadə və İsrafil İsrafilov Rusiyada işgüzar səfərdədirlər. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri Məryəm Əlizadə və həmin təşkilatın sədr müavini İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Avropa Teatrı Mükafatı ilə birgə təşkil etdiyi 29-cu Dünya Konqresində iştirak edəcək.
Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri bəlli oldu
Bakıda keçirilən IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı başa çatıb. Beynəlxalq Muğam Mərkəzində festivalın bağlanış mərasimi olub, qaliblər elan olunub.
Azərbaycanlı gənc Nyu-Yorkda “Carnegie Hall”un səhnəsində
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli 11illik musiqi məktəbi Azərbaycan-Amerika Beynəlxalq Mədəniyyət Assosiasiyası tərəfindən keçirilən Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş birinci “Florida keys” beynəlxalq musiqi yarışmasında ölkəmizi təmsil edib.
.jpg)













