Aşıq qrupları Heydər Əliyev Sarayda çıxış edəcəklər

Dekabrın 4-də Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı keçiriləcək.

Dekabrın 4-də Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı keçiriləcək.

Olaylar.az bildirir ki, "Mədəniyyət" kanalı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq konsert proqramında tanınmış aşıqlar və "Laçın", "Koroğlu", "Çeşmə", "Misri" aşıq qrupları iştirak edəcəklər.

Biletləri Heydər Əliyev Sarayının və şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN xidmət" mərkəzlərindən, "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31