Türk filməri Bakıda nümayiş olunacaq
Noyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.
20 Noyabr 2018 13:19 MədəniyyətNoyabrın 23-dən 27-dək Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Yerli Düşüncə Dərnəyinin layihəsi əsasında Bakıda IV Türk film həftəsi keçiriləcək.
Nizami Kino Mərkəzində reallaşacaq layihə çərçivəsində 5 türk filmi beş gün ərzində 9 dəfə izləyicilərə pulsuz təqdim olunacaq.
Filmlərin nümayişindən sonra türkiyəli rejissorlarla, filmdə rol almış aktyorlarla izləyicilərin görüşü təşkil olunacaq.
Qeyd edək ki, film həftəsinin açılışı noyabrın 23-də "Güllər" filminin qala-gecəsi ilə baş tutacaq
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31