Muğam Mərkəzində “Qara oyun” tamaşası

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakultəsi tələbələrinin iştirakı ilə Əbdülrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” əsəri əsasında qoyulmuş “Qara oyun” tamaşası uğurla nümayiş olunub.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakultəsi tələbələrinin iştirakı ilə  Əbdülrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsəri əsasında qoyulmuş "Qara oyun" tamaşası  uğurla nümayiş olunub.

Olaylar.az bildirir ki, tədbir Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  birgə "Yeni nəsil dəvət edir" layihəsi çərçivəsində  həyata keçirilmişdi.

Tamaşanın məqsədi Əbdülrəhim bəy Haqverdiyevin yaradıcılığının gənc nəsilə müasir reallıq şəkilində, yeni formatda çatdırılması idi.

Tamaşanın quruluşçu rejissoru -  Xalq artisti Məmməd Səfadır.

Tamaşada obrazları canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri,əsərin məzmununa uyğun qurulan dekorasiyalar  tamaşaçıları heyran etdi və alqışlarla qiymətləndirildi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli, klassik və  etnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və  nmöhtəşəm yaradıcılıq layihələri davam edir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31