Kriminal

DİN-dən xüsusi əməliyyat: 10 kibercinayətkar həbs edildi

1 Avqust 2017 15:53

Respublikanın daxili işlər orqanları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində keçirilən xüsusi əməliyyat tədbiri nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub.

MTN generallarının məhkəməsində şahid və zərərçəkmişlər ifadə verib

1 Avqust 2017 14:50

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

17 yaşlı oğlan bacısını mesajlaşarkən tutudu və...

1 Avqust 2017 13:55

Bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən gəncin məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən 17 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Ramella Allahverdiyevanın sədrliyilə baş tutan iclasda hökm oxunub. Hökmə əsasən M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun azyaşlı olması, mərhumun anasını onu bağışlaması yüngülləşdirici hal kimi nəzərə alıb.

"Bıçaqla oğlumun gözünü çıxarıb..." - Ana məhkəmədə haqqını tələb edir

1 Avqust 2017 12:50

Keçmiş qaynının gözünü çıxararaq öldürməyə cəhddə təqdirləndirilən 1987-ci il təvəllüdlüSəyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində zərərçəkən şəxsin anası Səbinə Cəbrayılova ifadə verib. O qeyd edib ki, Səyyaf onun keçmiş kürəkəni olub: "Evdəydik. Oğlum qəfildən uca səslə qışqırdı "ana, kömək elə". Otağa keçib, işığı yandırdım. Oğlum qan içində idi. Səyyaf otağın pəncərəsindən tullananda onu dəqiqliklə gördüm. Qonşunun evinin işığı onun üzünə düşürdü".

3 oğlanla birləşib sevgilisini qəbiristanlığa aparıb zorladılar... - Tovuzda BİABIRÇILIQ

1 Avqust 2017 12:43

Tovuz rayonunda 20 yaşlı qıza təcavüz etməkdə təqsirli bilinən rayon sakinləri Mürsəl Kərimov, Nemət Rzayev, Kamal Məmmədov və Elməddin Niyazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Boşandı, sonra bunu etdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI

1 Avqust 2017 11:55

Bakıda boşandığı qadının qardaşını öldürməyə cəhddə təqsirli bilinən 1987-ci il təvəllüdlü Səyyaf Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, qanlı cinayət hadisəsi Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

Zakir Qaralov: “Həbsdə olan MTN əməkdaşlarının 56 milyon manat dəyərində əmlakına həbs qoyulub”

31 İyul 2017 17:47

Azərbaycanın Baş prokuroruZakir Qaralov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparılan cinayət işlərindən danışıb.  Zakir Qaralov bu gün Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda böyük ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 26 şəxs barəsində 18 iş üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılaraq məhkəmələrə göndərilib: “Belə ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib”.

Mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

31 İyul 2017 15:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim Market” mağazalar şəbəkəsinin sahibinin pulunu mənimsəməkdə təqsirləndirilən Sahib Quliyev və onun anası Həcər Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

5 nəfərin öldürüldüyü yerdən - İlk FOTOLAR

31 İyul 2017 14:18

Hacıqabulda 5 nəfərin ölümü ilə nəticələnən silahlı insidentin baş verdiyi yerdən fotolar yayılıb. Fotolar sosial şəbəkələrdə paylaşılıb. Məlumat üçün bildirək ki, Rusiyada yaşayan Mübariz Mehdiyev  Hacıqabul şəhəri Bayram İbrahimov küçəsində yerləşən Qəmbərovların evinə silahlı basqın edib.

Çovdarovun məhkəməsində AGENTLƏRƏ ayrılan pullar elan edildi

31 İyul 2017 13:59

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.

Evləri qarət edən dəstə üzvləri tutulub

31 İyul 2017 12:51

Oğurluqda şübhəli bilinən Kəpəz rayonunun Hacıkənd qəsəbə sakinləri Ruslan Qurbanov, Maarif Məmmədov, Fikrət Qurbanov və Etibar Qılınc tutulublar.

Moskvadan qalan qisas: Hacıqabuldakı qətlin təfərrüatları

31 İyul 2017 11:24

Hacıqabulda beş nəfərin ölümü, bir nəfərin yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları məlum olub. Hacıqabul Şəhər İcra Nümayəndəliyindən bildirilib ki, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış: “O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs Moskavda yaşayır. Onların hər ikisi Moskva uşaqlarıdır. Bazarda alver edirdilər. 

İki qadın yük maşınının altında qaldı - Qubada

29 İyul 2017 14:48

Quba rayonunda iki qadın yük maşınının altında qalıb. İyulun 28-də saat 20 radələrində Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi "KAMaz" markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gələrək kənd sakinləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı əzib. Nəticədə B. Atluxanova hadisə yerində ölüb, S. Tahirova xəstəxanaya yerləşdirilib.