Kriminal
Ərəblər Bakının mərkəzində oğurluq etdilər - 2 mağazadan...
Bakıda turistlər tərəfindən ard-arda 2 oğurluq hadisəsi qeydə alınıb. Hadisə şəhərin mərkəzində - Xəqani küçəsində yerləşən Xəqani Ticarət Mərkəzində baş verib. Belə ki, ərəb turistlər ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən idman malları mağazasına daxil olaraq, satıcının olmamasından istifadə ediblər. Onlar mağazadan idman ayaqqabısı, şort və digər geyim əşyaları götürərək, oradan uzaqlaşıblar. Baş verənlər təhlükəsizlik kameraları ilə qeydə alınıb.
Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər kassasiya şikayəti veriblər
Kirayə qaldığı evi qarət etdi
İyulun 26-da Bakı şəhər sakini olan qadın Səbail rayonu ərazisində yaşadığı mənzildən pulunun oğurlanması barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət edib. DİN mətbuat xidmətindən “Olaylar” bildirilib ki, məlumatla əlaqədar Səbail RPİ-nin 8-ci Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu həmin ünvana gəlib, hadisə yeri müayinə olunub, müvafiq araşdırmalar aparılıb
Avtomobildən oğurluq edən qadın yaxalanıb
Avtomobildən 2800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Aynur Cəbrayılzadə tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də rayon ərazisində “Volksvagen” markalı avtomobildən 2800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Aynur Cəbrayılzadə yaxalanıb.
Evdən pul oğurlayan saxlanıb
3350 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlahə Əsədova tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 26-da rayon ərazisindəki evlərdən birindən 3350 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlahə Əsədova saxlanıb.
Bakı sakinindən marixuana götürülüb
Bakı şəhər sakinində narkorik maddə aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tural Baysaldan 945,59 qram marixuana götürülüb. Faktla bağlı araşdırma aparılır.
Evə əxlaqsız qız gətirən qonşusunu öldürənə 10 İL 6 AY HƏBS TƏLƏBİ
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Səxavət Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında S.Məmmədovun törətdiyi əmələ görə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Moldovada azərbaycanlı biznesmenləri şantaj edənlər kimlərdir?
Moldova Baş prokurorluğu bu ölkədə fəaliyyət göstərən azərbaycanlı biznesmenləri şantaj və işgəncələrə məruz qoyan qruplaşmanın üzvlərinin həbsi barədə məlumat yayıb. Həmin qruplaşma üzvləri də azərbaycanlılardan ibarətdir, lakin adları hələlik açıqlanmır. Moldova Baş prokurorluğunun bildirdiyinə görə, saxlanılan şəxslər azərbaycanlı biznesmenləri oğurlayıb, təhdid və şantaj edib, onları məcbur edib ki, əmlaklarını başqalarının adlarına keçirsinlər və iri məbləğlərdə pul versinlər.
Prokuror keçmiş MTN-in şöbə rəisinə cəza istəyib
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, M. Əsgərovun 2 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Eldar Mahmudov İFADƏ VERDİ: dəhşətli hadisənin məhkəməsində BÖYÜK NARAZILIQ
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Namiq Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Azərbaycanda vəzifəli şəxslər həbs olundular
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında “579 SSA” MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılıb.
Mağazanı qarət edən tutulub
Nəsimi rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də rayon ərazisindəki mağzalardan birindən 1500 manat və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub. Araşdırma aparılır.
Kafedən boyunbağlı oğurlayan ələ keçib
İyulun 23-də rayon ərazisindəki kafelərdən birindən 342 manat və gümüş boyunbağı oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Məhəmməd Babayev saxlanılıb. Araşdırma aparılır.
Narkotik vasitə ilə tutulan şəxsin digər əməlləri ifşa edildi
Narkotik vasitə ilə tutulan Ceyhun Məmmədovun 7 həyətyanı sahədən velosiped oğurlaması da müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə,narkotik vasitə ilə tutulan Ceyhun Məmmədovun ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Müəyyən olunub ki, o iyulun 1-dən 15-dək olan müddətdə rayon ərazisində 7 həyətyanı sahədən velosiped oğurlayıb.
3 ədəd noutbuk oğurlayan yeniyetmənin əlləri qandallandı
İyulun 23-də rayon ərazisindəki evlərdən birindən 3 ədəd noutbuk oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurliqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Quliyev və bir yeniyetmə tutulublar.














