Kriminal

Qadının evindən 6 min manatlıq qızıl oğurlayanlar saxlanıb

27 İyul 2017 17:16

İyulun 22-də Bakı şəhər sakini olan bir qadın evindən qızıl əşyalarının oğurlanması barədə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edib. O, izahatında 6000 manat dəyərində qızıl-zinət əşyalarının bir müddət əvvəl oğurlandığını, aradan ötən vaxt ərzində özünün evinə gəlib-gedən yaxın tanışlarından kimlərin bunu edəcəyi  ilə maraqlandığını, lakin bir nəticə əldə etmədiyini bildirib.

Oğurluqda şübhəli bilinən şəxslər tutulub

27 İyul 2017 17:17

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki evlərdən birindən 500 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər tutulub. Onların  Bakı şəhər sakinləri Gündüz Zamanzadə və Kamran Musayev olduqları müəyyən edilib.  

Axtarışda olan 20 nəfər tutulub

27 İyul 2017 17:08

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 109 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər tutulub.

Bakıda evdən 6 minlik qızıl oğurlandı

27 İyul 2017 16:52

İyulun 22-də Bakı şəhər sakini olan bir qadın evindən qızıl əşyalarının oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edib.

Qanunsuz ağac kəsən şirkət rəhbəri həbs edilib

27 İyul 2017 16:29

Bakının Nizami rayonu ərazisində “Karvan-K” istehsalat kommersiya şirkəti tərəfindən əsaslı tikinti işlərinin aparılması zamanı müxtəlif növ (şam, sərv və qarağac) 9 ədəd ağacın məhv edilməsi nəticəsində təbiətə 7.920 manat məbləğində ziyan vurulması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Jurnalistin cibinə girdilər

27 İyul 2017 15:29

İyulun 26-da “Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy cibgirlərin hədəfinə tuş gəlib. Onlar jurnalistin 200 manatını cibindən çıxarıblar. Məsələ ilə bağlı danışan Elşad Paşasoy bildirib ki, pulunun oğurlanması ilə bağlı polisə müraciət edib: “Xətai RPİ-nin 35-ci Bölməsində ərizə və izahat aldılar.

“Ketçub” qabında narkotik keçirmək istədi

27 İyul 2017 15:24

Dövlət sərhədindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində Dövlət Sərhəd Xidməti tərəfindən uğurlu tədbirlər davam etdirlməkdədir.

Vidadi Zeynalova və Beytulla Hüseynova hökm oxundu

27 İyul 2017 13:06

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesində yekunlaşır. “Olaylar” xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm elan olunub.

Lapşin İsrailə ektradisiya olunmaq üçün ərizə yazdı

26 İyul 2017 18:22

Azərbaycan məhkəməsi tərəfindən 3 il azadlıqdan məhrum edilmiş bloqer Aleksandr Lapşin İsrailə ektradisiya olunmaq xahişi ilə ərizə ilə müraciət edib. Bu barədə onun vəkili Eduard Çernin deyib. Vəkil qeyd edib: “Bu gün müvəkkilimlə görüşdüm. O, İsrailə ekstradisiya olunmaq barədə ərizə verdi”.

Moskvadan Lənkərana 65 min dollar gətirmək istəyən sərnişin tutuldu

26 İyul 2017 18:11

Moskva-Lənkəran aviareysi ilə Azərbaycana gəlmək istəyən Rusiya vətəndaşı gömrük yoxlanışı zamanı saxlanılıb. Rusiya vətəndaşı sərhəddən külli miqdarda pulu qanunsuz keçirmək istəyibmiş. "Vətəndaşın əl baqajının yoxlanması zamanı gömrük əməkdaşları 65 min dollar və 220 min rubl məbləğində pul aşkarlayıblar", - məlumatda bildirilir. 

Daha bir bankir həbs olundu

26 İyul 2017 15:30

Təsisçisi olduğu şirkətin və öz adından bankdan aldığı külli miqdarda kredit vəsaitini həmin bankın İdarə Heyətinin sədri ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Göygöl sakininin evində marixuana aşkar edilib

26 İyul 2017 14:50

Göygöl rayonunun Çaykənd kəndində yaşayan şəxsin evinə baxış zamanı oradan 487 qr marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaykənd kəndində yaşayan Rəsul Nəcəfovun evinə baxış zamanı oradan 487 qram marixuana aşkar edilərək götürülüb.

Tanınmış iş adamının arvadına 9 İL HƏBS TƏLƏBİ

26 İyul 2017 14:31

Saxta sənəd düzəltməkdə, iş adamı olan  həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib. Prokuror Təyminə Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilmiş polis nəzarətində qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəzlənməsini istəyib.

Oğurluqda şübhəli bilinən 2 yeniyetmə tutulub

26 İyul 2017 14:22

Sumqayıtda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 24-də Sumqayıt şəhərindəki köşklərdən birindən 320 manat, sərinləşdirici içki və tütün məmulatı oğurlamaqda şübhəli bilinənlər - Bakı şəhər sakinləri Pərviz Olamidze və 2 yeniyetmə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır. 

Abşeron sakinindən tapança götürülüb

26 İyul 2017 14:21

Abşeron sakini Elçin İbrahimovdan odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Elçin İbrahimovdan “Naqan” tipli tapança götürülüb. Faktla bağlı araşdırma aparılır.