Kriminal

Motosiklet qaçıran saxlanıb

26 İyul 2017 14:08

Motosiklet qaçırmaqda şübhəli bilinən Saatlı şəhər sakini Ramazan Həsənov saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sabunçu RPİ və Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kamil İsmayılova və Anar Allahverdiyevə məxsus “Zontes” markalı motosikletləri qaçırmaqda şübhəli bilinən Saatlı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramazan Həsənov tutulub.

Oğurluqda şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub

26 İyul 2017 14:07

Səbaildə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a veilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisindəki kafelərdən birindən 1000 manat və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Cəbrayıl rayon sakini Fərid Allahverdiyev tutulub.

“Opel” lə  “VAZ-2107” toqquşdu-ölən və yaralanan var

26 İyul 2017 14:06

Qazaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 25-də saat 23 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində rayon sakinləri Elvin İsmayılovun  idarə etdiyi “Opel” və Samir Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə S.Qasımov hadisə yerində ölüb, E.İsmayılov xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

"Lotu Quli"n daha bir qohumu MƏHKƏMƏ QARŞISINDA

26 İyul 2017 13:07

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

“Çudo Peçka”nın sahibi həbs olunub

26 İyul 2017 12:04

Azərbaycan Respublikasında həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islaharların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

“Nardaran işi” üzrə təqsirləndirilən sonuncu şəxslərin istintaqı yekunlaşıb

26 İyul 2017 11:23

“Nardaran işi” üzrə təqsirləndirilən iki şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Vəkil Fariz Namazlının  verdiyi məlumata görə, həbs olunan və hazırda istintaqı aparılan Elxan İsgəndərov cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Onunla birlikdə hazırda səhhətinə görə polisin nəzarəti altına verilən Əbülfəz Bünyatovun da işi məhkəməyə göndəriləcək. Vəkil cinayət işinin materialları ilə tanış olduğunu, yaxın günlərdə işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini deyib. Bildirib ki, bununla da “Nardaran işi” adlı cinayət işinin istintaqı tamamilə yekunlaşacaq. 

İŞİD-ə qoşulmaq üçün Azərbaycandan keçmək istəyən şəxs tutuldub

25 İyul 2017 18:13

Azərbaycandan keçərək Suriyaya gedib İŞİD qruplaşmasına qoşulmaq istəyən şəxs Rusiyada saxlanılıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Kabardin-Balkar üzrə Sərhəd Qoşunları İdarəsi məlumat yayıb.

Lənkaranda evlərə qənim kəsilən tutulub

25 İyul 2017 18:05

Lənkaranda oöğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 19-dan iyunun 28-dək olan müddətdə rayon ərazisindəki 2 evdən ümumilikdə 2000 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Bağırov tutulub.

Şəmkirdə “çətənə əməliyyatı” keçirilib

25 İyul 2017 18:04

Şəmkir sakininin həyətində narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Şəmkir RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Könüllü kənd sakini Laçın Abbasova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 42 ədəd çətənə kolu  aşkar edilib. Aşkar edilən çətənə kolları məhv edilib.

Avtomobil qaçırmaqda şübhəli bilinən tutulub

25 İyul 2017 18:02

İyulun 24-də saat 13 radələrində İsmayıllı şəhərinin ərazisindən şəhər sakini Nəsib Məmmədova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 21 radələrində Şəki rayonunun İnçə kəndi ərazisində tapılıb, onu qaçırmaqda şübhəli bilinən Şəki rayon sakini Rəcəb İslamov tutulub. Araşdırma aparılır. 

Soyğuçuluqla məşğul olan şəxs saxlanıb

25 İyul 2017 18:01

Bərdə rayonunda soyğunşuluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, iyulun 24-də Bərdə şəhər bazarında şəhər sakini Mübariz Qurbanova zor tətbiq edərək mobil telefonunu almaqda şübhəli bilinən Ucar rayon sakini Bəhruz Abdullayev Bərdə RPŞ-nin əməkdaşları tərəfindən tutulub. Ondan 20,5 qram heroin götürülüb.

Oğuz sakini həmyerlisini güllələyib

25 İyul 2017 17:57

Oğuz rayonunda güllələmə hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 24-də Oğuz rayonunun Yaqublu kəndində kənd sakini Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsinə xəsarət yetirərək hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilən L.İsayevin vəziyyəti ağırdır.

Həbsxanaya narkotik keçirmək cəhdinin qarşısı alınıb

25 İyul 2017 17:55

Penitensiar Xidmətin Baş idarəsinin və Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

“Lotu Quli”nin yeznəsi ilə bağlı QƏRAR VERİLDİ

25 İyul 2017 15:59

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov vaxtından əvvəl azadlığa buraxılıb. 1 saylı istintaq təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib. Qərara görə, Vidadi Hüseynov cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlandığı istintaq təcridxanasından azadlığa buraxılıb.

Sevgilisinin anası ilə intim əlaqədə olub, sonra öldürdü - Məhkəmədə etiraf

25 İyul 2017 14:49

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisinin anasını baltalayaraq öldürməkdə təqsirləndirilən Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası keçirilib.