Kriminal
Qanunsuz ağac kəsən şəxslər həbs edildi
Son illər ətraf mühit və ekoloji təhlükəsizliyin qorunması ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.
Beş nəfərlik azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı cinayət işi açıldı
İyulun 24-də Rusiyanın Krasnoyarsk diyarının Suxobuzimsk rayonunda 5 nəfərdən ibarət azərbaycanlı ailəsinin yanaraq ölməsi ilə bağlı Federal İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən cinayət işi başlanıb.
Bakıda ölümlə nəticələnən qəza törədən olimpiya çempionu barəsində cinayət işi başlanıb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina barəsində cinayət işi başlanılıb. Faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib. L. Şubina barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq.
Ayaz Mütəllibovun sabiq mətbuat katibinin məhkəməsində zərərçəkmişlər ifadə verib
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs ifadə verib.
Sən demə, gəlinin saçını qayınanası qırxmayıb, atası...
Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ.-nin qaynanası və yoldaşı tərəfindən döyülməsi və intihara cəhd etməsinin təfərrüatı məlum olub. Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ilə bağlı müxtəlif şayiələr var: “Onun saçının qaynanası tərəfindən kəsilməsi yanlış məlumatdır.
Rusiya həbsxanalarında nə qədər azərbaycanlı var?
Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir. Bunlardan 90 faizi ağır və çox ağır cinayətlər törətmiş şəxslərdir. Rusiya Cəzaların İcrası Federal Xidmətinin məlumatına görə, əcnəbi məhbuslar arasında 12 ABŞ və Avropa İttifaqı ölkələrinin 97 vətəndaşı var. MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır - 8002 nəfər.
Məhkəmə icraçısı nazirlik binasının 17-ci mərtəbəsindən yıxılaraq öldü - VİDEO
Rusiya paytaxtında RF İstintaq Komitəsinin əməkdaşları Ədliyyə Nazirliyinin binasının 17-ci mərtəbəsindən məhkəmə icraçısının yıxılaraq həlak olması faktını araşdırırlar.
Bakıda dəniz limanındakı faciə ilə bağlı cinayət işi açıldı
İyulun 22-də Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən quru yük limanında baş vermiş bədbəxt hadisə ilə bağlı cinayət işi açılıb.
Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikdən əziyyət çəkirmiş
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Bərdə rayonunda baş verən qətl və intihar hadisəsi barədə birgə məlumat yayıb. Məlumatda bildirilir ki, iyulun 24-də, gecə saat 03 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan - 1972-ci il təvəllüdlü Gülbəniz Əliyevanin və övladları - 19 yaşlı Məleykə və 14 yaşlı Muradın ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilmələri, ananın aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi, həyat yoldaşı 1968-ci il təvəllüdlü Saday Əliyevin isə yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.
Vəkil: "Lapşinin ekstradisiyası hələlik mümkün deyil"
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş Aleksandr Lapşinin ekstradisiyası gündəmdə deyil.
Evdən qızıl aparan yaxalanıb
Oğurluqda şübhəli bilinən Lənkəran rayonunun Sütəmurdov kənd sakini Emin Məmmədov tutulub. DİN-dən “Olaylar”a verilən mlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də rayon ərazisindəki evlərdən birindən 470 manat pul, 1000 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sütəmurdov kənd sakini Emin Məmmədov tutulub.
Evlərin qəniminin qolları qandallanıb
Gəncədə oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından iyul ayınadək olan müddətdə rayon ərazisində 6 evdən məişət əşyaları, 40 metr elektrik naqili, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Röyal Səfərov tutulub. Faktla bağlı araşdırma aparılır.
Maşallah Əhmədovun cəzası 8 ildən 2 ilə endirilib
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə qərar elan edilib. Qərara görə, onun cəzası 8 ildən 2 ilə endirilib.
7 avtomobildən oğurluq edən ələ keçib
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin iyun-iyul ayları ərzində rayon ərazisində 7 avtomobildən akkumulyator, mobil telefon, sənəd və fotoaparat oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Şirinov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, ondan 1,510 qram heroin götürülüb. Araşdırma aparılır.
Arvadı, qızı və oğlunun baltalayan Bərdə sakini özünü asıb
Bərdə rayonunda intihar hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, iyulun 24-də gecə saat 3.00 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan Saday Əliyev evində arvadı Gülbənizə, qızı Məleykəyə və oğlu Murada yatdıqları yerdə küt alətlə xəsarət yetirib və sonra özünü həyətdə asıb. Xəstəxanaya yerləşdirilən Gülbəniz orada ölüb, Məleykə və Muradın vəziyyətləri orta-ağırdır. Araşdırma aparılır.














