Kriminal

Nişanlısının bakirəliyini pozdu, qeyri-təbii yolla cinsi əlaqədə oldu - Oğuzda ŞOK HADİSƏ

24 İyul 2017 15:29

Nişanlısına təcavüz etməkdə təqsirli bilinən Oğuz rayon sakini, 1991-ci il təvəllüdlü Elçin Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Elçin Rzayev həmyerlisi, 2000-ci il təvəllüdlü Səadət Mehdiyeva (ad və soyad şərti verilib - red.) ilə nişanlanıb.

Akif Çovdarovun məhkəməsində sənədlərin tədqiqinə başlanıldı

24 İyul 2017 14:29

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Əli İnsanov ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb

24 İyul 2017 14:09

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun barəsində hökmdən kassasiya şikayəti verilib. Vəkil Toğrul Babayevin  verdiyi məlumata görə, şikayət Ali Məhkəməyə təqdim edilib. Yaxın vaxtlarda şikayət üzrə məhkəmə prosesi keçiriləcək. Vəkil əlavə edib ki, Ə. İnsanov istintaq təcridxanasından 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb. T. Babayev müvəkkili ilə görüşdüyünü və səhhətinin normal olduğunu deyib.

Cahangir Hacıyev Ali Məhkəməyə müraciət edib

24 İyul 2017 14:04

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfər Ali Məhkəməyə müraciət ediblər. Məlumata görə, onlar Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımov qərarından kassasiya şikayəti veriblər. Şikayətə Ali Məhkəmənin hakimi İnqılab Nəsirov baxacaq. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, mənimsəmə, vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda təqsirləndirilir. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Narkoloji Dispanserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkimi məhkəmə zalından azadlığa buraxılıb

24 İyul 2017 13:51

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Həsənov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. M. Şamçıyeva barəsində də 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.

Faiq Əmirliyə hökm oxundu

24 İyul 2017 12:57

Bu gün Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, "Azadlıq" qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış ediblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakıda tanınmış aparıcının oğlunun şirkəti qarət olundu

24 İyul 2017 12:49

Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub.  Hadisə iyulun 22-də, gecə saatlarında baş verib. Oğrular Xətai rayonu ərazisində yerləşən "TNT" kuryer şirkətinin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar. 

4 il sonra üstü açılan DƏHŞƏTLİ CİNAYƏT: ərini öldürüb tövlədə basdırdı

24 İyul 2017 12:36

4 il bundan qabaq ərini öldürüb həyətdə basdıran qadın həbs edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətidən Lent.az-a verilən məlumata görə,  Respublikanın polis və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış, eləcə də istintaq tədbirləri nəticəsində itkin düşmüş şəxs kimi 2013-cü ilin yanvar ayının 26-dan axtarışda olan Göygöl rayon Qırıqlı kənd sakini İlham Qəhrəmanovun qətlə yetirildiyini müəyyən edilib.

Sabiq deputat Dünyamin Xəlilov məhkəmədən bəraət istəyib

24 İyul 2017 12:35

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə D. Xəlilov son sözlə çıxış edib.

Çimərlikdə turistin əşyaları oğurlanıb

24 İyul 2017 11:31

Bakıda çimərlikdə turistin əşyaları oğurlanıb. Məlumata görə, hadisə Şıxov qəsəbəsi, Salyan şosesi 32 ünvanındakı çimərlikdə qeydə alınıb. Belə ki, əslən Əfqanıstandan olan turist, 1972-ci il təvəllüdlü Məhəmmədi Məhəmmədəşrəf Məhəmmədəkrəm oğlunun iki telefonu və paltarları naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Çıxılmaz vəziyyətdə qalan turist çimərlikdəki digər şəxslərin köməkliyi ilə paltarla təmin olunub və o, daha sonra polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Prokuror xəstəxanada qayınanasını öldürən şəxsə ağır cəza istəyib

21 İyul 2017 18:39

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.  Hakim Eldar Mikayılovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, E. Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.

Bakıda otelin qarşısında atışma

21 İyul 2017 16:41

İyulun 20-də saat 1:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan "Lexus" markalı avtomobildə Abşeron rayonu ərazisindəki otellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.

Poçt şöbəsindən seyfi oğurlanıb

21 İyul 2017 15:44

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Beyləqan rayonunun Bünyadlı kəndindəki mağazalardan birindən 490 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Qaraş Talıbov və bir yeniyetmə tutulublar.

Avtomobil 4 aylıq uşağı və anasını vurub öldürdü

21 İyul 2017 15:42

İyulun 20-də saat 21 radələrində Gəncə şəhərinin 28 May küçəsində şəhər sakini Ramin Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qucağında 4 aylıq oğlu olan Dilarə Bağırovanı vurub. DİN-dən “Olaylar”a verilən məlumata görə,  idarəetməni itirdiyindən avtomobili yolun əks istiqamətində hərəkətdə olan şəhər sakini Eldəniz Ələkbərovun idarə etdiyi “Daevoo” markalı avtomobilə çırpıb. Nəticədə xəstəxanaya yerləşdirilən D.Bağırova və uşaq orada ölüblər. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

“Mercedes” yolu keçən piyadanı vurub

21 İyul 2017 15:39

Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, iyulun 20-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Bəhman Səfiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Elman Musayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.  Xəzər RPİ tərəfindən araşdırma aparılır.